Ihre E-Mail wurde erfolgreich gesendet. Bitte prüfen Sie Ihren Maileingang.

Leider ist ein Fehler beim E-Mail-Versand aufgetreten. Bitte versuchen Sie es erneut.

Vorgang fortführen?

Exportieren
  • 1
    Online-Ressource
    Online-Ressource
    Education Support and Investment Fund NGO ; 2023
    In:  PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions Vol. 33, No. 10 ( 2023-9-12), p. 55-64
    In: PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Education Support and Investment Fund NGO, Vol. 33, No. 10 ( 2023-9-12), p. 55-64
    Kurzfassung: Hal-hazırda neft sənayesində yeraltı və yerüstü neftmədən avadanlıqlarının, o cümlədən, nasos-kompressor borularının, nasos ştanqlarının, atqı xətlərinin, kollektorların, mədəndaxili boru kəmərlərinin korroziyadan mühafizəsi zamanın tələbindən irəli gələn aktual bir məsələ olaraq qalmaqdadır. Nəzərə almaq lazımdır ki, korroziya yeyilmələri sayəsində istehsalata dəyən ziyan tək metalkonstruksiyaların vaxtından əvvəl sıradan çıxması və onunla əlaqədar yeni əlavə kapital qoyuluşu tələb olunması kimi qəbul edilməməlidir. Avadanlıqların vaxtından əvvəl sıradan çıxması, hasilat quyularının plansız dayandırılması sayəsində hasilatın azalması ilə yanaşı müəyyən miqdar məhsul itkisi və bunun da sayəsində daha böyük problem yarada bilən ətraf mühitin çirklənməsi baş verir ki, bütövlükdə bunlara qarşı biganə qalmaq olmaz.Qurğu və avadanlıqların korroziyaya uğrama problemin həlli istiqamətində müxtəlif üsullar işlənmiş və tətbiq edilmişdir. Bunlardan bakterisid-inhibitorun tətbiq edilməsi ən çox yayılmış və iqtisadi cəhətdən ən səmərəli üsul hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə üzvi və qeyri-üzvi maddələr əsasında hazırlanmış inhibitorlardan istifadə olunmuşdur. Hal-hazırda yerli xammallardan hazırlanmış yeni inhibitorların neft sənayesində tətbiqi olduqca əhəmiyyətlidir. Məlumdur ki, neft yataqlarının uzun müddət istismar olunması onların sulaşmasına səbəb olması mühitin korroziya aqressivliyinin artmasına gətirib çıxarmışdır. Mühitin aqressivliyindən asılı olaraq, elektrokimyəvi və bioloji korroziya prosesinin getməsi, bəzən bioloji korroziyanın elektrokimyəvi korroziyaya keçməsi, eləcə də prosesin əksinə getməsi xarakterik hal almışdır. Belə mürəkkəb şəraitdə korroziyanı prosesini birtərəfli ləngidən inhibitorların tətbiqi istənilən iqtisadi nəticəni vermir. Bu nöqteyi-nəzərdən, neft mədən avadanlıqlarının elektrokimyəvi və bioloji korroziyadan mühafizəsi üçün kompleks təsirli çoxfunksiyalı və ölkəmizdə istehsalı mümkün olan bakterisid-inhibitorların tədqiq olunması zərurəti yaranmışdır. Bir neçə komponentlərdən ibarət olan bu inhibitorlar hər biri ayrılıqda müəyyən təsir gücünə malik olsalar da, onların qarışıgı sinergetiq effektin yaranması nəticəsində eyni zamanda müxtəlif korroziya yaradan təsirləri ləngidir və kompleks təsirə malik olur. Bu baxımından laboratoriya şəraitində sintez edilmiş yeni reagentin korroziya inhibitoru kimi xassələri tədqiq edilmiş və bu məqalədə onların nəticələri öz əksini tapmışdır. Beləliklə , ilk dəfə olaraq laboratoriya şəraitində 5,8 q/l NaCl iştirakı ilə hidrogen xlorid təsirindən pH-ı 2.4,6 karbon qazı və hidrogen sulfid qazı olmayan mühitlərdə, həmçinin hidrogen sulfid qazının ayrı ayrılıqda olduğu qeyd edilən aqressiv mühitlərdə yeni S-1 reagentinin korroziyadan mühafizə effekti tədqiq edilmişdir. Hidrogen sulfid və karbon qazı olmayan korroziya mühitində S-1 reagentinin mühafizə effekti zəif olmuşdur.Lakin mühitin turşuluğu və reagentin qatılığı artdıqca inhibitorun korroziyadan mühafizə effektivliyidə artır. Ən yüksək effek pH=2.0 qiymətində və reagentin 30mq/l qatılığında müşahidə olunur. Bu zaman reagentin korroziyadan mühafizə effekti 97% təşkil edir. Karbon qazı və hidrogen sulfid olmayan pH=4.0 və pH=6.0 olan mühitlərdə inhibitorun 30mq/l optimal qatılığında mühafizə effekti uyğun olaraq 66 və 64% olur..Hidrogen sulfidin mühitə əlavə edilməsi zamanı korroziya sürətinin və S-1 inhibitorunun mühafizə effektivliyinin artmasına səbəb olur.Lakin inhibitorusuz mühitdə hidrogen sulfidin qatılığının yalnız CH2S = 400 mq/l-ə qədər artması pH-ın bütün qiymətlərində korroziya sürətinin artması ilə müşayiət olunur.Korroziya mühitinə 1000 mq/l hidrogen sulfidin əlavə edilməsi inhibitorsuz mühitdə korroziya sürətinin zəifləməsinə və inhibitorun Cing = 10 mq/l miqdarında isə mühafizə effektinin bir qədər azalmasına gətirib çıxarır. Açar sözlər. karbon qazı, hidrogen sulfid, korroziya, mühafizə effekti, inhibitor,pH, reagent, korroziya surəti, qatılıq.
    Materialart: Online-Ressource
    ISSN: 2674-5224 , 1609-1620
    URL: Issue
    URL: Issue
    Sprache: Englisch
    Verlag: Education Support and Investment Fund NGO
    Publikationsdatum: 2023
    Bibliothek Standort Signatur Band/Heft/Jahr Verfügbarkeit
    BibTip Andere fanden auch interessant ...
Schließen ⊗
Diese Webseite nutzt Cookies und das Analyse-Tool Matomo. Weitere Informationen finden Sie auf den KOBV Seiten zum Datenschutz